"Toppuş bacının vəziyyəti yaxşı deyil" -

Xərçəngə tutulan əməkdar artist Tünzalə Əliyevanın (Toppuş bacı) səhhətində problem yaranıb.

Metbuat.az xəbər verir ki, bu haqda aktrisa Ülviyyə Əliyeva İnstaqramda məlumat verib.

O bildirib ki, xərçəng artıq onun beynindədir: "İki-üç gün əvvəl analizlərin cavabı çıxdı. Toppuş bacının vəziyyəti yaxşı deyil. Artıq xərçəng beynindədir, metastaz verib. Tünzalə üçün hamınızdan dua istəyirəm.Bu gün yenidən analiz verdi. Yenidən şüa qəbul edəcək".

Qeyd edək ki, Tünzalə Əliyeva evlidir, 1 övladı var.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR