Xəbər verdiyimiz kimi, Baş Prokurorluq Qaxdakı cinayət hadisəsi barədə açıqlama yayıb.
Metbuat.az xəbər verir ki, istintaq-əməliyyat tədbirləri ilə 2007-ci il təvəllüdlü Jora Papiaşvilinin bıçaqla çoxsaylı xəsarətlər yetirərək bacısı 2005-ci il təvəllüdlü Albina Papiaşvilini yatdığı yerdə öldürməklə hadisə yerindən qaçmasına əsaslı şübhələr müəyyən edilib. Jora Papiaşvili şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib.
Hazırda cinayət işi üzrə istintaq davam edir.
Metbuat.az Qafqazinfo-ya istinadən öldürülən 17 yaşlı Albinanın fotosunu təqdim edir:
