Bakıda bağlanan yollar açılıb

Bakıda 8 Noyabr - Zəfər Günü münasibətilə keçirilən yürüşlərlə əlaqədar bağlanan yollarda nəqliyyatın hərəkəti bərpa olunub.

Bu barədə Metbuat.az-a Bakı Şəhər Baş Polis İdarəsinin Yol Polis İdarəsinin baş inspektoru Araz Əsgərli məlumat verib.

O bildirib ki, yürüşlər tam təhlükəsiz şəraitdə başa çatıb.

Qeyd edək ki, bu gün Bakıda 8 Noyabr - Zəfər Günü münasibətilə hərbi orkestrlərin müşayiəti ilə üç marşrut üzrə hərbçilərin Zəfər yürüşü keçirilib.

Yürüşlər aşağıdakı marşrutlar üzrə başa tutub:

- Heydər Əliyev sarayı - Bülbül prospekti - Nizami Kino Mərkəzi - Neftçilər prospekti - Azadlıq meydanı;

- Şəhidlər Xiyabanı - "Alov qüllələri" kompleksi - "İçərişəhər" metrosu - İstiqlaliyyət küçəsi - Azneft dairəsi - Bəhram Gur heykəli;

- Hüseyn Cavid parkı - Hüseyn Cavid prospekti - Parlament prospekti - Şəhidlər Xiyabanı.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR