"Atamı tələyə saldılar" - Rəşad Dağlının oğlu /

Meyxanaçı Rəşad Dağlının oğlu Yusif Əmirov atası ilə bağlı paylaşım edib.

Metbuat.az xəbər verir ki, o, sosial media hesabında bunları yazıb:

“Əziz izləyicilər, atamı tələyə saldılar! Dəstəyinizə və dualarınıza görə çox sağ olun! Bizimki də buraya qədər imiş...”.

Qeyd edək ki, noyabrın 9-u saat 05:00 radələrində 1979-cu il təvəllüdlü İskəndər Mehtiyevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Aparılmış araşdırmalarla zərərçəkmişin tanışı, 1984-cü il təvəllüdlü Rəşad Əmirovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək İskəndər Mehtiyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Rəşad Əmirov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR