Rusiya və İran arasında QƏRBİ ŞOKA SALAN RAZILAŞMA -

İran Rusiyanın “Qazprom” şirkəti ilə 4 milyard dollar dəyərində müqavilə imzalayıb.

Metbuat.az xəbər verir ki, bu barədə İranın neft naziri Cəvad Ovci açıqlama verib. O bildirib:

“Dünyanın ən böyük enerji şirkətlərindən biri olan “Qazprom” ilə təqribən 40 milyard dollarlıq bir razılıq memorandumu imzaladıq. Həmçinin, təbii qaz sahələrinin və təbii qaz ötürücü xətlərinin inkişafı da gündəmdədir və bu çərçivədə təqribən 4 milyard dollarlıq bir saziş imzaladıq”.Nazirinin sözlərinə görə, Rusiya şirkətləri İrana sərmayə yatırırlar.

Qeyd edək ki, Rusiyanın Təhlükəsizlik Şurasının rəhbəri Nikolay Petruşev Rusiya-İran sammitində iştirak etmək üçün Tehrana səfər edib. Dialoq çərçivəsində tərəflər əməkdaşlığın genişləndirilməsi üçün razılığa gəliblər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR