Mövlud Çavuşoğlu Ceyhun Bayramova təşəkkür edib

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu İstanbulda törədilmiş terror aktı ilə bağlı başsağlığı vermiş azərbaycanlı həmkarı Ceyhun Bayramova təşəkkür edib.

Metbuat.az-ın xəbərinə görə, nazir bu barədə tviterdə yazıb.

Xatırladaq ki, ötən gün İstanbulda baş vermiş partlayış nəticəsində 6 nəfər ölüb, 81 nəfər yaralanıb. Məlumata görə, terror aktını törətməkdə şübhəli bilinən şəxslər saxlanılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR