Kosmetoloq Nargiza Şükürova "Global Health Awards" layihəsində təltif olundu

Hansı qadın gözəl olmağı xəyal etməz ki? Amma təəssüf ki, qalın ipək saçlar, hamardəri, iti üz cizgilərinitəbiət bütün qadınlara bəxş etmir. Hazırda tibbin inkişaf edən imkanlarından istifadə edərək təbiətə qarşı çıxmaq” mümkündür. Bütün sahələrdə hər bir ölkənin öz peşəkarları var. Estetikkosmetologiyasahəsində Özbəkistanın öz sözünü demiş mütəxəssislərindən biri də Nargiza Şükürovadır.

Həkim ailəsində doğulan Nargiza Şükürova valideynlərinin peşəsini davam etdirərək Daşkənd Tibb Akademiyasında ali tibb təhsili alır. Estetik kosmetologiya üzrə ixtisaslaşan Nargiza xanımın bu seçimi etməkdə məqsədi qadınları hər zaman gözəl görməkdir. “Doktor Şükürova” fəaliyyət göstərdiyi müddət ərzində onun sehrli əllərindən mükəmməl nəticələrləminlərlə qadın keçib. Peşəkar mütəxəssis olmaqla yanaşı o, gözəl həyat yoldaşı və 4 uşaq anasıdır.

Öz biliklərini daim inkişaf etdirən, beynəlxalq təcrübədən yararlanan peşəkar həkim kosmetoloq bir sıra xarici və yerli titulların, mükafatların sahibidir. O, Ishrs Trixoloqlar Assosiasiyasının, Tibbi Turizm Assosiasiyasının, ABŞ-da Estetik Tibb Assosiasiyasının üzvü, “Özbəkistanda müalicə turizminin inkişafına verdiyi töhfəyə görə” fəxri döş nişanının, "Number one" beynəlxalq səviyyəli həkim-kosmetoloq adının, cərrahi üzgərmə sahəsində ən yaxşı üsullarınmüəllifi kimi"Full Face" Diplomu və "Rusiyanın fəxri" mükafatının sahibidir.

Gözəllik üzrə mütəxəssis, “Doktor Şükürova” ən son29-30 iyun2022-ci il tarixlərində Bakıda keçirilən beynəlxalq səviyyəli "Golden People Awards" layihəsində nominasiyaya layiq görülüb.

Bütün bunlarla yanaşı Nargiza Şükürova Kosmetologiya və trixologiya sahəsində beynəlxalq ekspertdir.

Nargiza Şükürova, 30 oktyabr 2022-ci ildə Global Health Awards layihəsində ilin “The İnnovative Cosmetologist” nominasiyasına layiq görülüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR