Zelenski və Ərdoğan taxıl müqaviləsinin uzadılmasını müzakirə ediblər

Ukrayna və Türkiyə prezidentləri Volodimir Zelenski ilə Rəcəb Tayyib Ərdoğan telefon danışığı zamanı Ukrayna limanlarından ərzaq ixracına dair 120 gün uzadılmış sazişin icrasını müzakirə ediblər.

Metbuat.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski tviterdə qeyd edib.

Zelenski, həmçinin bildirib ki, Ərdoğanla müdafiə və enerji sektorlarında əməkdaşlığı müzakirə edib.

Ukraynadan ərzaq ixracına dair müqavilələr iyulun 22-də İstanbulda 120 gün müddətinə bağlanıb. Sazişlərdən biri noyabrın 19-dək qüvvədədir və Kiyevin nəzarətində olan Odessa, Çernomorsk və Yujnı limanlarından taxıl ixracı prosedurunu tənzimləyir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR