Paşinyan KTMT sammitinin bəyannaməsini nəyə görə imzalamayıb?

Xəbər verdiyimiz kimi, dünən Ermənistanın paytaxtı İrəvanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) iclası baş tutub.

Metbuat.az xəbər verir ki, iclas Ermənistan KTMT-nin Kollektiv Təhlükəsizlik Şurasının (KTŞ) bəyannaməsini imzalamaqdan imtina edib.

Ermənistan Baş nazirinin saytında bildirilib ki, Paşinyanın bəyannaməni imzalamaqdan imtina etməsinə səbəb Ermənistana ayrılan yardımla bağlı tədbirlərin onu qane etməməsidir:

"KTMT KTŞ-nin Bəyannaməsi və Ermənistan Respublikasına yardımın göstərilməsi üzrə birgə tədbirlər haqqında" layihəsi yetərincə işlənməyib və bu formada, bütün hörmətimlə, mən bu sənədləri imzalamağa hazır deyiləm", - deyə Nikol qeyd edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR