Aİ Rusiya neftinin qiymətləndirilməsi ilə bağlı razılığa gələ bilmədi

Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsinin doqquzuncu ayında Aİ ölkələri Brüsseldə keçirilən görüşdə Rusiya neftinin tavan qiyməti ilə bağlı razılığa gələ bilməyiblər .

Metbuat.az xəbər verir ki, bu barədə Reuters agentliyi məlumat yayıb. Nəşr qeyd edir ki, bir barel üçün tavan qiymətinin 65-70 dollar diapazonunda müəyyən edilməsi təklifi müzakirə olunub, lakin bu səviyyə bəziləri üçün çox aşağı, bəziləri üçün isə çox yüksək olub.

Məsələn, Polşa 30 dollarlıq maksimum qiymətin tərəfdarıdır və o, həmçinin neft məsələsini Rusiyaya qarşı yeni sanksiyalar paketi ilə əlaqələndirmək istəyir. Dəniz daşımalarının inkişaf etdiyi Yunanıstan və Malta isə bunun azı 70 dollar olmasını təklif edir. Yekun qərar bütün səfirlərin razılığını tələb edir.Qeyd edək ki, Rusiya neftinin bazar dəyəri hazırda 68 dollar civarındadır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR