Neft bahalaşıb, təbii qaz ucuzlaşıb

Dünya bazarında neftin və təbii qazın qiymətləri bəlli olub.

Metbuat.az xəbər verir ki, ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində, “Brent” neftinin ixracına dair 2023-cü ilin yanvar müqaviləsinin dəyəri 0,53% artaraq, 1 barelə görə 85,79 dollar təşkil edib. Nyu-Yorkun NYMEX əmtəə birjasında gələn ilin yanvarda ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 0,82% artaraq, 78,58 dollara bərabər olub.

Nyu-Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti isə azalıb. Dekabrda çatdırmaq şərti ilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya (British thermal unit – Britaniya istilik vahidi) görə 1,05% azalaraq, 7,153 ABŞ dolları təşkil edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR