​Beynəlxalq dərəcəli diplomların sahibi Ninel Tairova bu dəfə Bakıda təltif olundu -

Kosmetologiyanın ən önəmli bölməsi terapevtik kosmetologiyadır. Terapevtik kosmetologiya ilə məşğul olan mütəxəssis dermatoloq-kosmetoloq adlanır. Terapevtik kosmetologiya insan orqanizminin dəri törəmələrinin aradan qaldırılması və terapevtik kosmetologiya, estetik problemləri və onların yaranma səbəbləri, korreksiya üsullarını öyrənir. Hazırda terapevtik kosmetologiya aktiv inkişaf edən sahələrdən sayılır.

Tacikistanda öz sahəsinin peşəkar mütəxəssisi kosmetoloq-dermatoloq Ninel Tairova öz ölkəsində bu sahənin inkişaf etməsində hər zaman böyük səylə çalışıb.

2014-cü ildə Tacikistan Dövlət Universitetini müvəffəqiyyətlə bitirən Ninel Tairova sonuncu kursda oxuyanda kosmetologiyaya yaranan maraq onu tibb sahəsində təkmilləşməyə vadar edir. Həkimlik təcrübəsinə 2015-ci ildə Dəri-Zöhrəvi Dispanserində başlayan gənc kadr paralel olaraq gözəllik mərkəzlərindən birində fəaliyyət göstərir. Ninel Tairova 2016-cı ildə “Kosmetologiya” ixtisası üzrə ali təhsil aldıqdan sonra tamamilə bu sahəyə keçid edir.

Özünü təkmilləşdirmək məqsədilə müxtəlif ölkələrdə keçirilən təlim və kusrlarda iştirak edən həkim hazırda ölkəsinin tələbatlı dermatoveneroloqları arasındadır. Hazırda fəaliyyətini uğurla davam etdirən gözəllik mütəxəssisi Dermatoveneroloqlar və Kosmetoloqlar Assosiasiyasının üzvüdür.

Ninel Tairova 30 oktyabr 2022-ci ildə "Global Health Awards" layihəsində ilin “The Successful Cosmetologist” nominasiyasına layiq görülüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR