II Elizabet bu xəstəlikdən əziyyət çəkirmiş

Britaniya kraliçası II Elizabet həyatının son aylarında çoxsaylı mieloma ilə mübarizə aparıb.

Metbuat.az xəbər verir ki, bu barədə “İndependent” qəzeti televiziya aparıcısı, yazıçı və kral ailəsinin dostu Giles Brandretin yeni kitabına istinadən yazıb.

“Eşitdim ki, Kraliçada mielomunun bir növü var - sümük iliyi xərçəngi. Bu, onun yorğunluğunu, arıqlamasını və həyatının son ilində tez-tez danışdığımız “hərəkət problemlərini” göstərirdi”, - o yazıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR