"​Laser Beauty" Klinikasının peşəkar həkimi "Global Health Awards" layihəsində təltif olundu -

Bu gün dünyada kosmetologiya sahəsi sürətlə inkişaf edərək ən tələbatlı sahələrdən birinə çevrilib. Hazırda estetik kosmetologiyada xüsusi seçilmiş preparatların köməyi ilə bütün görünən qüsurları aradan qaldırmaq mümkündür. Digər sahələrdə olduğu kimi, bu sahədə də yüksək məsuliyyət və bacarıq önəmli nüansdır.

"Laser Beauty" klinikasının peşəkar həkim-kosmetoloqu Sahilə Həsənova bu sahədə işinin peşəkarlarındandır. Tibb üzrə ali təhsilini başa vurduqdan sonra o, bir müddət Mərkəzi Dəmir Yol Xəstəxanasında terapevt, daha sonra Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin inspektor-həkim kimi fəaliyyət göstərib. Son olaraq kosmetologiyaya keçid edən Sahilə Həsənova bu sahədə də uğurlu olub.

Qısa zaman öncə Sahilə Həsənova ölkəmizdə tibb sektorunun nəhəng layihəsi olan “Global Health Awards” da aldığı mükafatla gündəmə gəlib. Öz fəaliyyəti ilə insanların gəncliyini, gözəlliyini və özünə inamını qaytararaq onlara sevinc bəxş etməkdən zövq alan uğurlu kosmetoloq daim yeniliklərə açıqdır. Sahilə Həsənova kosmetologiya sahəsində tələbatlı - üz həcminin bərpası, korreksiyası, dolğular vasitəsilə bədən şəkilləndirmə kimi prosedurları həyata keçirir.

Sahilə Həsənova 30 oktyabr 2022-ci il tarixində "Global Health Awards" layihəsində ilin “The Successful Cosmetologist” nominasiyasına layiq görülüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR