"Ruslan bıçağı tort kəsmək üçün götürüb" -

“Orada polis olub və idman zalına keçən hər kəsi yoxlayıb. Ruslan bıçağı üzərində kimisə öldürmək niyyəti ilə götürməyib”.

Metbuat.az xəbər verir ki, bu sözləri Globalinfo.az-a 16 yaşlı cüdoçunun qətli ilə bağlı danışarkən adının çəkilməsini istəməyən şəxs deyib.

O bildirib ki, qətli törədən Ruslan bıçağı tort kəsmək üçün götürüb:

“Deyilənə görə kiminsə ad günü imiş. Onlar da tort kəsəcəkdilər. Bıçağı sırf tort kəsmək niyyəti ilə gətirib. Tort kəsildikdən sonra da bu hadisə baş verib. Planlı şəkildə olan bir iş deyil. Mübahisələri düşüb, gücü çatmayıb, bıcaqla vurub. Heç kim istəməzdi ki, belə bir hadisə baş versin”.

Qeyd edək ki, noyabrın 27-də Bakının Şağan qəsəbəsində qətl hadisəsi törədilib. 2002-ci il təvəllüdlü, Sumqayıt şəhər sakini Ruslan Səfixanov şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı 2006-cı il təvəllüdlü Tural Rüstəmova bıçaqla xəsarətlər yetirərək onu öldürüb.

Hadisəni törədən Ruslan Səfixanov saxlanılıb. Qətllə bağlı araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR