İran generalını

İran İnqilabının Keşikçiləri Korpusunun keçmiş komandirlərindən general Məhəmməd Bağır Bəxtiyar həbs edilib.

Metbuat.az İran KİV-nə istinadən xəbər verir ki, o,İran təhlükəsizlik qüvvələrinin evinə hücumu nəticəsində həbs edilib və şəxsi əşyaları da müsadirə olunub.

Məlumata görə, generalın səsyazısı yayılıb. Həmin səsdə o, İslam Respublikası hökumətini Məhsa Əmininin ölümünün əsl səbəblərini gizlətməkdə günahlandırıb.

İran rəsmilərini "ambisiyalı və şəxsiyyətsiz" adlandıran keçmiş SEPAH komandiri həmçinin qeyd edib ki, hökumət məsuliyyəti öz üzərinə götürüb üzr istəyədi, bu gün baş verənlər bu qədər şiddətli olmazdı.

"Saham News" xəbər agentliyi Məhəmməd Bağır Bəxtiyarın harada saxlanması isə bağlı heç bir məlumatın olmadığını açıqlayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR