Əmək müqavilələrinin sayı açıqlanıb

Azərbaycanda əmək müqavilələrinin sayı 2019-cu ilin əvvəli ilə müqayisədə 339 553 vahid yaxud 24,2 % artaraq bu il dekabrın 1-nə 1 741 468 olub.

Bu barədə Metbuat.az-a İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib. Məlumata görə, bu, iş yerlərinin rəsmiləşdirilməsi, əməkhaqqı fondunun “ağardılması”, şəffaflığın təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlər nəticəsində mümkün olub.

Belə ki, 3 ildən çox müddətdə həyata keçirilən təşviq əsaslı vergi siyasəti əmək bazarında əhəmiyyətli dəyişikliklərə səbəb olub. Qeyri-neft sektorunun özəl bölməsində həmin göstərici 287 572 vahid artaraq 827 494 təşkil edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR