Havay adalarının son şahzadəsi Abigail Kinoiki Kekaulike Kavananakoa 96 yaşında vəfat edib.

Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, o, 11 dekabr tarixində 69 yaşlı arvadı Veronika Gail Kavananakoa ilə birlikdə Honoluludakı evində ölüb.

Mərhum şahzadə vaxtilə Havay adalarını idarə edən kral ailəsindəndir.

Həmçinin onun ulu babası Ceyms Kempbell şəkər plantasiyasının sahibi və Havay adalarının ən böyük torpaq sahiblərindən biri kimi sərvətini qazanan irlandiyalı iş adamı idi.

Qeyd edək ki, Kavananakoa heç bir rəsmi titula sahib deyildi, lakin Havay monarxiyasının canlı xatırladıcısı və 1893-cü ildə Amerika iş adamları tərəfindən krallığın devrilməsindən sonra davam edən Havay milli kimliyinin simvolu idi.

Onun sərvəti isə təxminən 215 milyon dollar idi.

Hava proqnozu

Bu gün, sabah və 16 günlük proqnoz - Bakı və 58 şəhər

Hava proqnozu