Voleybol üzrə Azərbaycan çempionatında yeni mövsümün başlayacağı tarix açıqlanıb

Sabahdan voleybol üzrə 2022/2023 illər mövsümünə start veriləcək.

Metbuat.az xəbər verir ki, mövsümə kişi voleybolçular arasında Yüksək Liqanın debütant klubu olan “Xarı bülbül” və MOİK komandalarının oyunu ilə start veriləcək. Görüş saat 14:00-da başlayacaq. Ardınca həm qadın, həm də kişi voleybolçuların çempionatlarının rəsmi açılış mərasimi təşkil olunacaq.

Ötən illərdən fərqli olaraq bu il həm qadınların, həm də kişilərin çempionatı Yüksək Liqa adlanacaq. Qadınların yarışında “Azərreyl”, “Abşeron”, “Murov” və UNEC klubları çempion adı uğrunda mübarizə aparacaqlar. Kişilərin mübarizəsində isə MOİK, “Neftçi” “Murov” və mədəniyyət paytaxtımız Şuşanı təmsil edəcək “Xarı bülbül” qüvvəsini sınayacaq.

Qadın və kişi voleybolçuların yarışı 6 dövrədən ibarət olacaq. Əgər yekunda xallar bərabər olarsa, çempion qələbə sayına əsasən elan ediləcək.

Çempionatların açılış mərasimi və oyunlar “Voleybol Mərkəzi”də keçiriləcək.

Dekabrda, həmçinin qadınlar və kişi voleybolçular arasında I liqa yarışlarına da start veriləcək.

Qeyd edək ki, həmin gün kişi voleybolçulardan ibarət "Murov" klubunun avrokubok matçı da baş tutacaq. Saat 18:00-da başlanacaq bu qarşılaşmada rəqib Niderlandın "Orion" kollektivi olacaq. Cütün Niderlandda keçirilmiş ilk oyununda təmsilçimiz məğlub olmuşdu.

15 dekabr

Azərbaycan çempionatı Yüksək liqa (kişilər)

14:00. “Xarı bülbül” - MOİK (I tur)

16:00. Azərbaycan çempionatının rəsmi açılış mərasimi

Çelenc kubokunun 1/8 final mərhələsi

18:00. “Murov” - “Orion”


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR