Ötən il erkən nikaha girənlərin sayı məlum oldu

Keçən il Ədliyyə Nazirliyinin qeydiyyat şöbələrinə 256 erkən nikah yaşında olan müraciət daxil olub.

Metbuat.az xəbər verir ki, bu, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri üzrə komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2021-ci il üzrə məlumatında əksini tapıb.

Məlumata görə, Ədliyyə Nazirliyinin qeydiyyat şöbələri tərəfindən nikaha daxil olmaq üçün müraciət etmiş 256 erkən nikah yaşında olan (18 yaşadək) gəncin erkən nikahın və qohumlar arasında nikahın həyat və sağlamlığa, həyat keyfiyyətinə, mənəvi-psixoloji inkişafına mənfi təsiri barədə məlumatlandırılması təmin edilib.

Bildirilib ki, aidiyyəti qurumlarla birgə “Erkən nikaha YOX deyək” adlı videoçarx hazırlanıb, Dövlət Komitəsinin və aidiyyəti qurumların sosial şəbəkə səhifələrində paylaşılıb, eləcə də televiziya vasitəsi ilə nümayiş etdirilib. Respublikada erkən nikah hallarının dinamikasında azalma qeydə alınsa da, onun tamamilə aradan qaldırılması hələ də mümkün deyil. İl ərzində Ədliyyə Nazirliyinin qeydiyyat orqanlarında Ailə Məcəlləsinin tələblərinə uyğun olaraq yerli icra hakimiyyətləri tərəfindən nikah yaşı 1 il azaldılmış 139 şəxsin nikahı dövlət qeydiyyatına alınıb, onlardan 138- nin qadın, 1-nin isə kişi olduğu müəyyən edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR