“Kiçik Qiyamət” üçün tarix açıqlandı:

2100-cü ilə qədər Yerdəki həyatın əhəmiyyətli hissəsi yox olacaq.

Metbuat.az xəbər verir ki, bu barədə avropalı alimlərin hazırladığı hesabatda deyilir. Kanadada keçirilən BMT-nin Bioloji Müxtəliflik Konfransında açıqlanan hesabata görə, bu əsrin sonuna qədər Yer kürəsindəki bütün canlı növlərinin dörddəbirindən çoxunun nəsli kəsiləcək. Alimlər hesab edir ki, iqlim dəyişikliyi və antropogen amillər biomüxtəlifliyin azalmasını sürətləndirəcək.

Araşdırmalara görə, 2050-ci ilə qədər dünyada mövcud bitki növlərinin 10 faizi yox olacaq, 2100-cü ilə qədər bu nisbət 27 faizə çatacaq. Alimlər bildiriblər ki, dünya 6-cı kütləvi məhv olma prosesi başlayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR