47 ticarət müəssisəsində pozuntular aşkarlandı

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) qida sahəsində fəaliyyət göstərən 1001 ticarət müəssisəsində monitorinqlər keçirib.

Bu barədə Metbuat.az-a agentlikdən məlumat verilib.

Monitorinqlər zamanı 47 ticarət müəssisəsində qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinin pozulduğu aşkar olunub.

Bildirilib ki, həmin müəssisələrdə açıq şəkildə satışı həyata keçirilən süd məhsulları, müxtəlif növ turşular, mürəbbələr, üzüm tənəyi, yağ, nar şirəsi, düşbərə, konservləşdirilmiş mal əti məhsullarının üzərində etiket məlumatlarının olmadığı müəyyən edilib.

Aşkar olunmuş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb, həmin məhsullar satışdan çıxarılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR