Ukrayna ordusu Rusiyaya hücum etdi -

Rusiyanın Engels hərbi aerodromunda yenidən partlayış olub.

Metbuat.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb. Aerodroma dronla hücum edildiyi güman edilir. Ərazidə hava hücumundan həyəcan siqnalı işə düşüb. Fəsadlar barədə məlumta verilmir.

Qeyd edək ki, dekabrın 26-da Engels hərbi aerodromuna Ukrayna ordusu dronla hücum edib. 3 hərbçi həlak olub. “Engels” Ukraynaya raket hücumları təşkil etmək üçün istifadə edilir. Aerodrom Ukrayna sərhədindən 500 kilometr məsafədə yerləşir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR