Ceyhun Bayramov Türkiyəyə başsağlığı verdi

Xarici işlər naziri Ceyhun Bayramov Türkiyəyə başsağlığı verib.

Metbuat.az xəbər verir ki, nazir bu barədə tviter hesabında paylaşım edib.

"Qardaş Türkiyənin Aydın vilayətində partlayış nəticəsində həlak olanlara Allahdan rəhmət, ailələrinə səbir, yaralıların tezliklə sağalmasını diləyirəm", - deyə Bayramov qeyd edib.

Qeyd edək ki, Türkiyənin Aydın əyalətinin Nazlı rayonunda restoranda baş verən partlayış nəticəsində 7 nəfər ölüb, 4 nəfər yaralanıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR