"Şpilka" əvəzinə "ipəzor"? -

Sosial şəbəkələrdə paltar asmaq üçün istifadə olunan "şpilka" sözünün "ipəzor" sözü ilə əvəz olunması ilə bağlı foto yayılıb.

Metbuat.az xəbər verir ki, marketdə satılan məhsulun üzərinə "ipəzor" sözü qeyd edilib.

Bəs bu əşyanın "ipəzor" adlandırılması nə dərəcədə düzgündür?

Saytımıza danışan Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun sabiq direktoru, akademik Möhsün Nağısoylu bildirdi ki, bu, düzgün deyil: "Uydurma sözdür. "İpəzor" sözü hansısa dialektdə ola bilər, müasir Azərbaycan ədəbi dilində elə söz yoxdur".

Akademik bildirdi ki, "şpilka", "ipəzor" sözünün əvəzinə yeni söz tapmaq daha məqsədəuyğundur: "Nazirlər Kabineti yanında Terminologiya Komissiyası var. Onlar xüsusi iclaslarında belə məsələlərə baxırlar. Sonda isə qəbul edilən yeni sözlərlə bağlı siyahı tərtib olunur. Mən düşünürəm ki, dilimiz zəngindir. Öz daxili imkanlarımız hesabına belə kiçik məsələləri həll etmək olar".

Qeyd edək ki, "ipəzor" sözü 2021-ci ildə nəşr edilən orfoqrafiya lüğətində də yoxdur. "Azərbaycan Dilinin Orfoqrafiya Lüğəti" 5 ildən bir hazırlanmasına baxmayaraq sonuncu dəfə lüğətə "hörümçək" sözü salınmayıb. Bu da cəmiyyətdə etirazlara səbəb olub. Bu səbəbdən təkmilləşdirilmiş formada yeni lüğətin çap olunması nəzərdə tutulub.

Gülər Seymurqızı

Şəkilin açıqlaması yoxdur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR