“Fond pulu” tələb edən müdirin səlahiyyətləri başqasına həvalə olundu

Xırdalan şəhəri 17 nömrəli körpələr evi-uşaq bağçasının müdiri hazırda əmək qabiliyyətini itirdiyinə görə bağçanın müdir səlahiyyətləri Abşeron-Xızı Regional Təhsil İdarəsinin metodisti Sevinc Abbas qızı Qurbanovaya həvalə edilib.

Metbuat.az xəbər verir ki, bu barədə idarədən məlumat verilib.

Qeyd olunub ki, bağça müdiri işə qayıtdıqdan sonra barəsində qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq tədbir görüləcək.

Xatırladaq ki, adıçəkilən uşaq bağçasının fəaliyyəti Təhsil İdarəsi tərəfindən nəzarətə götürülüb, ictimaiyyətə bu barədə əlavə məlumat veriləcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı