Tvitter İlon Maskın sərvətini "dağıtdı"

Dünyanın ən zəngin iş adamlarından olan İlon Mask yenə də gündəmdədir.

Metbuat.az xəbər verir ki, milyarder iş adamı bu dəfə itirdiyi sərvətlə “Ginnesin Rekordlar Kitabı”na düşüb. Məlumata görə, 2021-ci ildən bəri təxminən 200 milyard dollar itirən Mask “Ginnes” tərəfindən "tarixdə şəxsi sərvətini ən çox itirən şəxs" elan edilib. Əvvəlki rekord 2000-ci ildə 58 milyard dollar idi. Məlumata görə, Maskın sərvəti 2021-ci ilin noyabrında 340 milyard dollar təşkil edib. Lakin Tesla şirkətinin səhmləri keçən il orta hesabla 65 faiz aşağı düşərək kəskin şəkildə ucuzlaşıb.

Bu azalma Mask 2022-ci ilin oktyabrında tvitteri aldıqdan sonra daha da sürətlənib. Bununla da, Elon Mask “dünyanın ən varlı adamı” titulunu itirib. Hesablamalara görə, Maskın sərvəti hazırda 144 milyard dollar civarındadır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR