Orta məktəb direktorunun görüntüləri tənqid edildi -

Azərbaycanda daha bir məktəb direktorunun qeyri-adi görüntüləri yayılıb.

Metbuat.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb. Bildirilib ki, videosu yayılan şəxs İmişli rayon Məzrəli kənd orta məktəbinin direktoru Əlidursun İsayevdir.

O, "TikTok"erlərdən birinin hərəkətlərinə qeyri-adi reaksiyalar verib. Belə ki, Ə. İsayev yorğan-döşək yığılan çarpayının üzərinə çıxaraq, qəribə hərəkətlər edib. Bu da izləyicilər tərəfindən birmənalı qarşılanmayıb.

Sözügedən video ilə bağlı "Azxeber"ə açıqlama verən direktor videonun 2016-cı ilə aid olduğunu qeyd edərək görüntülərin montaj edildiyini və yanına qız videosunun yerləşdirildiyini bildirib:

"O video 2016-cı ildə tələbəlik vaxtı çəkilib. Amma orada qız olmayıb. O vaxt "TikTok” yeni yaranımışdı. Viideo mən tərəfindən çəkilib, amma yanında qız olmayıb. 2020-ci ildə mən direktor təyinatı aldım. Bundan sonra məktəbdə məndən xoşu gəlməyən adamlar o videonu montaj edərək bu cür yayımladılar. O vaxt bu videonu Təhsil Nazirliyi də araşdırmışdı, aydın olmuşdu ki, həqiqətən də video montajdır. Araşdırmadan sonra mövzu bağlanmışdı. İndi kimsə bunu yenidən gündəmə gətirib”.

Əlidursun İsayev bəzi şəxslərin onu direktorluqdan çıxarmaq üçün yenidən bu videonu gündəmə gətirdiklərini iddia edib:

"Yayan pofillər də saxta profillərdir deyə tapıb çıxara bilmirik, amma kim olduğunu da bilirik. Hazırda mən polis şöbəsinə gedirəm. Rəsmi şikayət edəcəm. Sonra isə Prokurorluğa gedəcəm".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR