Azərbaycanda müşahidə olunan faktiki və gözlənilən hava açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Metbuat.az-a verilən məlumata əsasən, yanvarın 12-si səhərədək ölkə ərazisində yağıntılı və qarlı hava şəraiti davam edib, bəzi rayonlarda intensiv olub. Bunu Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.
O qeyd edib ki, qar örtüyünün hündürlüyü hazırda Lerikdə 35, Altıağacda 32, Xaçmazda 24, Quba, Şamaxı, Xaltanda 19, Göytəpədə 17, Qusarda 16, Qax, Yardımlıda 15, Şabran, Qobustanda 14, Biləsuvar, İsmayıllıda 10, Lənkəranda 9, Göyçayda 8, Salyan, Daşkəsəndə 7, Zərdabda 6, Göygöldə 5, Oğuz, Cəfərxan, Gədəbəydə 4, Ağdərədə 3, Ağdamda 2, Ağsu, Qrız, Zaqatala, Astara, Bərdədə 1, Binədə 9, Bakıda 7 sm olub.
“Cənub-şərq küləyinin sürəti Şabranda 20 m/s-dək güclənib. Dumanlı hava şəraiti isə Daşkəsən, Göygöl, Şəmkir, Balakən, Qəbələ, Qax, Şəki, Şamaxı, Qrız, Lerikdə müşahidə olunub, görünüş məsafəsi 50-100 metrədək məhdudlaşıb”.
G.Məmmədovanın sözlərinə görə, havanın minimal temperaturu Bakıda iqlim normasından 5.3 dərəcə aşağı olub, Bakıda və Abşeron yarımadasında 1 dərəcəyədək şaxta, Naxçıvan MR-da və dağlıq rayonlarda 8-13 dərəcə şaxta, Aran rayonlarında isə 2 dərəcəyədək şaxta olub.
“Yanvarın 12-si günün ikinci yarısından ölkənin qərb rayonlarından başlayaraq yağıntıların tədricən kəsiləcəyi gözlənilir. Havanın temperaturu həftənin sonunadək tədricən 4-6 dərəcə yüksələcək”.
Hazırda Azərbaycanda hansı hava şəraiti hökm sürür?
Həmçinin oxu
Noyabrın 3-də bu rayonda qaz olmayacaq
metbuat.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Böyük pullar qazanmaq şansı olan bürclər
Bu gün
·
01:15
Evli qadına yazılmış sevgi məktubu 200 il sonra üzə çıxdı
Bu gün
·
00:20
Noyabrın 3-də bu rayonda qaz olmayacaq
Bu gün
·
00:12
5 bürcü ilin sonunadək maddi fürsətlər gözləyir
Bu gün
·
00:08
“Roma”dan “Qalatasaray”ın ulduzuna 30 milyonluq təklif
Dünən
·
23:49
Gəncədə 34 yaşlı şəxs bıçaqlandı
Dünən
·
23:35
Noyabrın pensiyaları bu tarixdə ödəniləcək
Dünən
·
23:30
TikTok fenomeninin toyunda faciə oldu - Ölü və yaralılar var
Dünən
·
23:17
Devlet Bahçeliyə ağır itki - FOTO
Dünən
·
23:04
Bu telefon nəhəngi istehsalı dayandırdı
Dünən
·
22:48
Sabah Bakının bu ərazilərində su kəsiləcək
Dünən
·
22:35
İranın ABŞ ilə müharibəyə son qoymaq üçün 7 şərti
Dünən
·
22:24
Xəyalə Mürsəl 9 illik vəzifəsindən azad edildi
Dünən
·
22:10
3-cü dünya müharibəsi bu ölkədən başlayacaq - Tarixçi
Dünən
·
21:37
Dövlət qurumunda əməliyyat keçirildi - Saxlanılan var
Dünən
·
21:09