Müşviq Şahverdiyev məhkəməyə verildi -

Tanınmış aktyor Müşviq Şahverdiyev məhkəməyə verilib.

Metbuat.az xəbər verir ki, "Cinemazadeh" film şirkəti Bakı Kommersiya Məhkəməsində iddia qaldırıb.

“Cinemzadeh”in qaldırdığı iddiaya əsasən, aktyor film çəkilişləri ilə bağladığı müqavilənin öhdəliklərini yerinə yetirməyib. Onun meneceri Lent.az-a bildirib ki, hazırda Müşviq Şahverdiyev Bakıda deyil və məsələ barədə heç bir açıqlama vermək istəmir.

Qeyd edək ki, iddiaya Bakı Kommersiya Məhkəməsində hakim Ülkər Həsənovanın sədrliyi ilə baxılacaq.

Xatırladaq ki, məhkəmənin ilkin hazırlıq iclası yanvarın 11-də keçirilib. Növbəti iclas isə bu ayın 27-də baş tutacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR