NATO Rusiyaya qarşı Rumıniyaya təyyarələr yerləşdirir

NATO Rusiyaya qarşı kəşfiyyat aparmaq üçün Rumıniyada uzaqmənzilli radiolokasiya aşkarlayıcı AWACS təyyarələri yerləşdirəcək.

Metbuat.az TASS-a istinadən xəbər verir ki, bu barədə Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) Mətbuat Xidməti məlumat yayıb.

"NATO AWACS təyyarələrini Rumıniyanın paytaxtı Buxarestə göndərəcək. Təyyarələr 2023-cü il yanvarın 17-də gəlməlidir. Bu təyyarələr NATO-nun regionda genişlənmiş hərbi mövcudluğunu dəstəkləyəcək və Rusiyanın hərbi fəaliyyətinə nəzarət edəcək", - alyansdan bildirilib.

Rumıniyada, ümumilikdə, 3 təyyarənin yerləşdiriləcəyi gözlənilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR