Paşa Kəsəmənski “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) prezidentinin ictimaiyyətlə əlaqələr üzrə köməkçisi təyin edilib.

AZAL-ın mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, o, iyunun 2-dən vəzifəsinin icrasına başlayıb.

P. Kəsəmənskinin Azərbaycan mətbuatında böyük iş təcrübəsi var. O bu vəzifəyə təyin edilməzdən əvvəl Trend İnformasiya Agentliyinin baş direktorunun müavini vəzifəsində çalışıb.