Qadının parkda unutduğu çantasını polis tapdı

Sabunçu rayonunda qadın içərisində xeyli pul olan əl çantasını parkda unudub. Ancaq onun bəxti gətirib, çünki çantanı polis əməkdaşı tapıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Metbuat.az-a verilən məlumata görə, Bakıxanov qəsəbəsindəki mərkəzi parkda sahibsiz qalan çantanı aşkar edən Sabunçu RPİ-nin baş inspektoru, polis polkovnik-leytenantı Asif Məlikov onu aktla xidmət etdiyi polis idarəsinətəhvil verib.

Çantada 530 türk lirəsi, 200 ABŞ dolları, 7 manat, müxtəlif banklara məxsus ödəniş kartları və şəxsiyyət vəsiqəsiolub. Araşdırma zamanı məlum olub ki, çantasını itirən şəxs Hədiyyə Cəfərovadır.

Polis idarəsinə dəvət olunan H.Cəfərovaya əşyaları təhvil verilib.

O, buna görə polis əməkdaşlarına, xüsusən polis polkovnik-leytenantı Asif Məlikova minnətdarlığını bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR