Ukrayna üçün arzulanan vaxt çatdı -

Ukrayna Krımı işğaldan azad etmək planlarını həyata keçirməyə hazırlaşır.

Metbuat.az xəbər verir ki, bu barədə “The New York Times” məqalə dərc edib. Müəllif qeyd edir ki, Kiyev dəfələrlə Krımı azad etmək istəyini açıq ifadə edib və indi ABŞ bu məsələdə Ukraynaya dəstək olmaq imkanlarını nəzərdən keçirir. Bildirilir ki, ABŞ administrasiyası Rusiyanın Krımdakı qüvvələrinə zərbələr endirmək üçün Ukraynanın hücum imkanlarını gücləndirməyi nəzərdən keçirir.

Məqalədə qeyd edilir ki, ABŞ Krımın Ukraynanın nəzarətinə keçməsini dəstəkləməyə başlayıb. Əvvəllər belə deyildi. Bunun üçün Ukrayna ordusuna Rusiya bazalarını vura biləcək uzaqmənzilli silahların verilməsi müzakirə edilir. Müəllif qeyd edir ki, ABŞ anlayır ki, bu həmlədən sonra müharibə ilə bağlı vəziyyət daha da gərginləşə bilər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR