300 milyonluq təklif alan Messi qərarını verdi

Argentina millisinin ulduz futbolçusu Lionel Messi Fransanın PSJ klubu ilə müqavilənin müddətini uzadacaq.

Metbuat.az "Diario Sport" nəşrinə istinadən xəbər verir ki, sözləşmə ən azı iki mövsüm üçün nəzərdə tutulacaq və 36 yaşlı hücumçunun maaşı artılacaq.

Təcrübəli oyunçu heç bir klubun ona layiqli təklif etmədiyi üçün müqaviləni uzatmaq qərarına gəlib.

Qeyd edək ki, Britaniya mətbuatı Lionel Messinin maraqlarını təmsil edən atası Xorxenin Səudiyyə Ərəbistanına gedərək, Messinin “Əl-Hilal”a keçid imkanını müzakirə etdiyi barədə xəbərlər yayıb. İddia edilir ki, Səudiyyə Ərəbistanı klubu 35 yaşlı Messiya illik 300 milyon avro maaş təklif edib. Bu isə “Əl-Nəsr” klubunun Ronaldoya verdiyi məbləğdən 80 milyon avro çoxdur. Xatırladaq ki, daha əvvəl Kriştiano Ronaldo “Əl-Hilal”ın əsas rəqibi olan “Əl Nəsr” komandasına keçib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR