Aİ embarqodan əvvəl Rusiyadan milyonlarla barel dizel alıb -

Avropa İttifaqı Ukrayna ilə ağardığı müharibə səbəbindən sanksiyalar tətbiq etdiyi Rusiyadan münaqişə başlamamışdan öncə milyonlarla barel dizel alıb.

Metbuat.az xəbər verir ki, Bu barədə "Bloomberg" məlumat yayıb.

Agentliyin məlumatına görə, fevralın 5-dək bir neçə gəmi onu Avropaya gətirəcək. Vasitəçi şirkətlər bildiriblər ki, ilin əvvəlindən köhnə dünya ölkələri Rusiyadan gündə 600 min barel dizel alıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə xeyli çoxdur.

Qeyd edək ki, Aİ-nin Rusiyadan emal olunmuş neft məhsullarının idxalına qadağası fevralın 5-dən qüvvəyə minəcək. Hazırda Aİ yeni qiymət tavanını müəyyən etməyə çalışır. Məlumatda qeyd olunur ki, Aİ bir barel üçün 100 dollar limitini nəzərdən keçirir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR