"Yuventus" 70 milyon avroya aldığı futbolçunu göndərmək istəyir

İtaliyanın "Yuventus" klubu Serbiya millisinin futbolçusu Duşan Vlahoviçlə yollarını ayıra bilər.

Metbuat.az "Calciomercato" nəşrinə istinadən xəbər verir ki, Turin rəhbərliyi kluba qarşı sanksiyaların tətbiqindən sonra büdcə problemi səbəbindən 22 yaşlı hücumçu ilə vidalaşmağa hazırdır.

“Qoca sinyora” bu transferdən ən azı 80 milyon avro qazanmağı planlaşdırır.

İngiltərənin "Çelsi", "Arsenal" və "Mançester Yunayted" klubları Vlahoviçin keçidində maraqlıdırlar. Onun "Yuventus"la müqaviləsi 2026-cı ilin yayınadək nəzərdə tutulub. Serbiyalı forvard 2022-ci ilin yanvarında 70 milyon avro qarşılığından "Fiorentina"dan alınıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR