Hacılar kolbasanı reklam etdilər -

Tanınmış din xadimləri hacı Şahin Həsənli, hacı Surxay Məmmədli, hacı Eldayaq Hüseynov və hacı Natiq İsayevin Bakıdakı “Kral” ət məhsulları şirkətini ziyarət ediblər.

Metbuat.az xəbər verir ki, şirkət bu barədə özü məlumat paylaşım edib. Qeyd edilib ki, din xadimləri “Kral” ət məhsulları şirkətini ziyarət edib, dini mövzularda söhbətlər edib və istehsal olunan kolbasa və sosislərin dadına baxıblar: "İlahiyyatçı din xadimləri hacı Şahin Həsənli, hacı Surxay Məmmədli, hacı Eldayaq Hüseynov və hacı Natiq İsayev Kral ət məhsulları şirkətini ziyarət edib, dini mövzularda söhbətlər edib və istehsal olunan kolbasa və sosislərin dadına baxıblar. Ruhanilər bir daha halallığa və təmizliyə şahidlik ediblər", - deyə məlumatda qeyd edilib.

Sosial şəbəkələrdə çox sayda izləyici tanınmış din xadimlərinin kolbasa və sosis reklamında iştirakını pisləyiblər.

Şirkət isə izləyicilərə cavab verərək bildirib ki, donuz ətindən məmulatlarda istifadə edilmir: "Hər bir istehsal etdiyimiz məhsul halaldır və qətiyyən donuz ətindən istifadə olunmur".

Bir 3 nəfər, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilər


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR