Yeni tariflərlə köhnə tariflər arasında kəskin fərq var -

Xəbər verdyimiz kimi, Azərbaycanda rayonlara gediş haqqı artırılıb.

Qərar artıq bu gündən qüvvəyə minib. Artıq Tarif Şurasının 31 yanvar 2023-cü il tarixli qərarı ilə təsdiq edilmiş tarifə uyğun hesablama aparılır.

Metbuat.az xəbər verir ki, avtobus və metrolarda gediş haqqı 10 qəpik artırlaraq 40 qəpik təşkil etmişdisə, rayonlara gediş haqqı kəskin artıb.

Köhnə tariflərlə və əvvəlki tarifləri müqayisə etdikdə, bu fərqi görmək olur. Tariflər sabit formada dəyişməyib.

Belə ki, əvvəllər Astara rayonuna getmək istəyən şəxs 7.60 manat ödəniş edirdisə, indi nə az, nə çox tam 9.50 manat bilet ödənişi etməlidir. Ağcabədiyə gedən sərnişin 7.30 manat ödəyirdisə, indi 1 bilet üçün 1.90 manat artıq ödəniş edərək 9.20-yə bilet almalıdır. Qusara getmək üçün 4.20 manat ödəyənlər bundan sonra 5.30, Beyləqana 7 manata gedənlər 8.70 manat ödəməlidir.

Zaqatala istiqamətində hərəkət üçün sərnişin artıq 10 manat yox, 12.50 manat ödəməlidir. Qazaxa getmək üçün sərnişin artıq 10.90 manat yox, 13.60 manat ödəməlidir.

Daha ətraflı köhnə və yeni tariflərlə müqayisə edə bilərsiniz:

Köhnə tarif





Yeni tarif


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR