Türkiyədə dəhşətli zəlzələ nəticəsində dağıntılar altında qalan insanların acı taleyi ürək dağlayır.
Metbuat.az xəbər verir ki, Hatayda dağıntılar altında qalan Cuma adlı şəxs qardaşı qızının dağıntılar altından sağ çıxarılması üçün qolunun kəsilməsinə razılıq verib.
Aktyor Hakan Hatipoğlunun verdiyi məlumata görə, Cumanın qolu kəsilərək dağıntılar altından çıxarılıb və o, xəstəxanaya yerləşdirilib. Lakin tibbi müdaxilələrə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
Qardaşı qızı azyaşlı Kevser isə gecə saatlarında dağıntılar altından xilas edilib.