Zelenskinin Qərb səfəri:

"Ukrayna prezidenti Volodimir Zelenskinin Qərbə səfəri yeni hücum əməliyyatlarına hazırlığın tərkib hissəsidir".

Bu fikirləri Metbuat.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə edib. Politoloq hesab edir ki, Zelenskinin bu səfəri təsadüfi deyil.

"Ukrayna prezidenti Volodimir Zelenski Londona səfər edib, oradan da Brüsselə səfər edəcək. V. Zelenskinin hakimiyyət strukturlarında islahatlar apardıqdan sonra bu səfəri etməsi təsadüfi deyil. Çünki, Rusiya hərbi kəşfiyyati Qərbin müəyyən mərkəzləri tərəfindən Zelenskinin komandasına sızaraq hakimiyyətin monolitliyini pozmuşdu. İngiltərə və ABŞ-ın kəşfiyyatı vaxtında V. Zelenskinin qoruya bildilər. Demək olar ki, Ukrayna hakimiyyət yenidən formalaşıb və Rusiya ordusuna qarşı hücum əməliyyatına hazırlıq davam edir".

M.Əsədullazadənin fikrincə V.Zelenskinin son səfəri Qərblə Ukrayna arasında koalisiyanın sarsılmaz və iqtidarın möhkəm olduğu mesajını verdi.

"Bu səfər çərçivəsində aparılan danışıqlarda Ukraynaya ağır silahların tədarükündə yaranan gecikmələrə son qoyulacaq. Həmçinin Avropa İttifaqında müəyyən fikir ayrılıqları ilə bağlı məsələlər var. Bu son səfərlərdə bir sıra açıq qalan məqamlara aydınlıq gəldi. Rusiya Ukrayna müharibəsinin təsirləri regionumuza təsir edir və oradakı proseslərdən düzgün nəticə çıxarmaq mütləqdir".

Qeyd edək ki, Almaniya Ukraynaya 2 "Leopard" tankı və 5 zirehli maşın göndərib. Beləliklə, ümumilikdə, münaqişə başlayandan bəri Berlin Kiyev üçün 32 özüyeriyən silah və 6 min sursat göndərib .Ukrayna yaxın vaxtlarda Britaniyadan "Challenger" tanklarını alacaq. Rusiyanın Britaniyadakı səfirliyi bu ölkənin qırıcılarının Ukraynaya verilməsinin bütün Avropa üçün hərbi və siyasi nəticələrə səbəb olacağı xəbərdarlığını edib.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR