Ermənistan ordusuna makyajlı əsgərləri cəlb edir:

“Ermənistan ordusu 2020-ci ildən sonra ciddi problemlərlə üz-üzə qalıb. İndi o problemləri həll etmək üçün yanğınsöndürən qaydasında çalışırlar ki, bu və ya digər formada vəziyyətdən çıxsınlar”.

Metbuat.az xəbər verir ki, bu sözləri Yenisabah.az-a açıqlamasında ehtiyatda olan polkovnik, hərbi ekspert Üzeyir Cəfərov deyib.

O, cari il ərzində Ermənistan ordusunun qış çağırışında qadınların da könüllü hərbi xidmətə getməsi faktına münasibət bildirib.

Polkovnikə görə, bu gün qadınların hərbi xidmətə cəlb edilməsi Ermənistanda əsgəri potensialın bir xeyli çatışmaması ilə bağlıdır:

“Ermənilər də özlərini sındırmamaq üçün bunun adını belə qoyublar ki, guya, qadınların işlə təmin olunması və orduda döyüş ruhunun aldırılması üçün hökumət belə bir addım atıb”.

Hərbi ekspertin dediklərinə görə, onlar bununla heç nəyə nail ola bilməyəcəklər:

“Sonradan bunların çox ciddi problemləri ortaya çıxacaq. Çünki zaman-zaman bu problemləri yaşayıblar. Yəni ermənilərin xidmətə götürdükləri azsaylı qadınlarla bağlı xeyli problemləri olub. İndi onlar bunu maksimum gizlətməyə çalışsalar da, sosial şəbəkələr, yaxud Ermənistan Hərbi Prokurorluğunun məlumatlarından biz bəzi bilgiləri əldə etmişik”.

“Bundan savayı, komandirlərin tabeliyində olan şəxslərə qarşı özlərini zorakı aparması, onlara zor tətbiq etməsi və bəzi qanunazidd əməlləri onu deməyə əsas verir ki, bir neçə il sonra ermənilər yenə də məcburiyyət qarşısında qalaraq, qadınların hərbi xidmətə çağırılmasıyla bağlı qərarın dəyişdirilməsinə çalışacaqlar.

Hələlik isə görünən odur ki, onlar bu minvalla çalışırlar ki, qərargahlarda və ya ayrı-ayrı hərbi hissələrdə indiyə kimi kişilərin oturduğu - qərargah işlərində, dəftərxana, yaxud bilavasitə sıra ilə bağlı olmayan vəzifələrdə qadınları oturtsunlar və oradan azad olunmuş hərbçiləri ön xətdə hərbçi çatışmazlığı yaşayan hərbi hissələrə təyin etsinlər”, - əlavə edib.

Ü.Cəfərovun fikrincə, ermənilər hazırda çox böyük problemlə baş-başadır:

“Onu da unutmayaq ki, əgər bu gün Ermənistanın dövlət sərhədini Rusiya FSB-sinin Dövlət Sərhəd Xidməti qoruyursa, bu, artıq o deməkdir ki, Ermənistan doğrudan da demoqrafiya məsələsini həll etmək gücündə deyil və məcburiyyət qarşısında qalıb bu yolla vəziyyətdən çıxmağa çalışır”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR