Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatı davam edir.

Metbuat.az xəbər verir ki, Uşangi Kokauri yarışa 1/16 final mərhələsindən başlayıb.

+100 kq çəki dərəcəsində mübarizə aparan cüdoçumuz ilk görüşündə Qırğızıstan təmsilçisi Emirxan Joldoşkazıyevə qalib gələrək 1/8 finala yüksəlib.

Kokauri bu mərhələdə Polşa təmsilçisi Yakub Sordili də üstələyərək 1/4 finala vəsiqə qazanıb.

O, bu mərhələdə millimizin digər üzvü Kənan Nəsibovla üz-üzə gəlib. Rəqibinə qalib gələn Kokauri yarımfinala yüksəlib.

Cüdoçumuz yarımfinalda Finlandiya təmsilçisi Martti Puumalaynenlə qarşılaşıb. Rəqibinə qalib gələn Kokauri finala vəsiqə qazanıb.

O, finalda rusiyalı İnal Tasoyevə məğlub olub. Nəticədə təmsilçimiz gümüş medal qazanıb.