“Xocəsən” metro stansiyası istiqamətində yeni marşrut xətti təşkil edildi

“Xocəsən” metro stansiyası istiqamətində ictimai nəqliyyatın təşkili ilə bağlı müraciətləri nəzərə alınaraq 155 nömrəli yeni müntəzəm marşrut xətti təşkil edilib.

Metbuat.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyindən bildirilib. Yeni müntəzəm marşrut xətti üzrə avtobuslar fevralın 13-dən tarixindən fəaliyyət göstərəcək.

Beləliklə, Binəqədi rayonu Xocəsən qəsəbəsində Şəhid ailələri və müharibə əlilləri üçün inşa edilən Yeni yaşayış massivinin və Xocəsən qəsəbə sakinlərinin metro stansiyası istiqamətində hərəkəti asanlaşacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR