Sumqayıtda Türkiyə üçün yardımtoplama kampaniyası davam edir

Türkiyədə baş vermiş zəlzələdən zərərçəkənlərə dəstək məqsədilə ölkəmizdə həyata keçirilən humanitar yardım kampaniyası davam edir.

Metbuat.az xəbər verir ki, zəlzələ zonasına yardımla bağlı aparılan kampaniyada Sumqayıt şəhər ictimaiyyəti ilk günlərdən fəallığı ilə seçilib.

Şəhərin müxtəlif ərazilərində yardımların toplanması üçün xüsusi məntəqələr yaradılıb. Vətəndaşlar tərəfindən könüllü şəkildə gətirilən yataq dəstləri, isti geyimlər, uşaq bezləri, təmizlik ləvazimatları, konservləşdirilmiş qidalar, zəruri quru ərzaqlar, tibbi ləvazimatlar, eləcə də digər zəruri yardımlar təyin olunmuş məntəqələrdə çeşidlənir və qablaşdırılaraq yola salınır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR