Nazirlik məşhur yaşayış kompleksində işləri DAYANDIRDI -

Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi və Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən respublika ərazisində tikinti və yanğın təhlükəsizliyi normalarına riayət olunması ilə bağlı birgə tədbirlərin həyata keçirilməsi davam etdirilir.

Metbuat.az xəbər verir ki, Bakı şəhəri, Xətai rayonu, A.Cəlilov küçəsi, 27A ünvanında yerləşən "Park Azure" kompleksində istismarda olan çoxmərtəbəli yaşayış binasının qeyri-yaşayış təyinatlı mərtəbələrində tikinti və yanğın təhlükəsizliyi normaları pozulmaqla yenidənqurma işlərinin aparılması haqqında bina sakinlərindən müraciət daxil olib.

Daxil olmuş müraciət əsasında aparılmış qanunsuz yenidənqurma işləri dayandırılaraq, bu işlərin binanın dayanıqlığına, möhkəmliyinə və yanğın təhlükəsizliyinə təsiri ilə bağlı Fövqəladə Hallar Nazirliyinin Əməliyyat-istintaq İdarəsi, Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi və Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən araşdırmalara başlanılıb.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR