İran Ədliyyəsinin sözçüsü Məsud Setayeşi Tehranda Azərbaycan səfirliyinə hücumla bağlı istintaqın ilkin mərhələsinin gizli aparıldığını bildirib.
Metbuat.az İran dövlət televiziyasına istinadən xəbər verir ki, bu barədə Setayeşi mətbuat konfransında bildirib. Azərbaycanın Tehrandakı səfirliyinə hücumla bağlı istintaqın hansı mərhələdə olduğu barədə suala Setayeşi “Hücumla bağlı istintaq ilkin mərhələdədir və məxfi aparılır. Məsələnin müxtəlif aspektləri diqqətlə araşdırılır” - deyə cavab verib.
İran sözçüsü bildirib ki, araşdırmalar başa çatdıqdan sonra məlumatlar ictimaiyyətə açıqlanacaq.