Təranə Səmədovanın hədə-qorxu gəldiyi şəxs həmkarı imiş

Ötən gün həbs edilən tanınmış prodüser Təranə Səmədovanın cinayət əməli ilə bağlı bir sıra detallar məlum olub.

Metbuat.az xəbər verir ki, DİN Mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev "Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirib ki, T.Səmədova musiqiçinin şikayəti əsasında həbs edilib: "İş üzrə bir nəfər musiqiçi zərərçəkmiş qismində tanınıb. Təranə Səmədovanın digər cinayət əməllərinin olması da istisna edilmir. Onun əməllərindən zərəçəkən başqa şəxslər varsa, Xətai Rayon Polis İdarəsinə müraciət etmələri tövsiyə olunur”.

Məlumata görə, Təranə Səmədova adı açıqlanmayan zərərçəkmişdən hədə-qorxu ilə ayrı-ayrı vaxtlarda müxtəlif məbləğlərdə pul alıb.

Prodüser barəsində Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsində aparılan cinayət işinin istintaqı davam etdirilir.

Xatırladaq ki, T.Səmədovanın əri Rasim Həsənov da bir müddət öncə hədə-qorxu ilə pul tələb etdiyinə görə saxlanılmışdı.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR