Azərbaycanda xəstə baş həkimi döydü -

Sumqayıt Psixiatriya Xəstəxanasında insident olub.

Metbuat.az Report-a istinadən xəbər verir ki, xəstəxanaya müraciət edən şəxs tibb müəssisəsinin baş həkimi Elizbar Bəbirova hücum edərək onu döymək istəyib.

Baş həkim faktı təsdiqləyib. Onun sözlərinə görə, hadisə fevralın 17-də baş verib:

"Xırdalandan gələn şəxs xəstəxanaya qazi adı ilə müraciət edib. Yersiz hərəkətlər edərək mənə xəsarət yetirməyə çalışdı. Bununla bağlı artıq polisə müraciət edilib".

Faktla bağlı araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR