Dağıntılar altında dünyaya gələn uşaq övladlığa verildi -

Türkiyənin Kahramanmaraş vilayətindəki güclü zəlzələlər nəticəsində Suriyada baş verən dağıntılar altında dünyaya gələn uşaq övladlığa verilib.

Metbuat.az xəbər verir ki, o, xalasına övladlığa verilib. Xalası Afrində dünyaya gələn qıza Afraa adını verib. Məlumata görə, uşaq dağıntılar altında dünyaya gələrkən anası həyatını itirib. Uşağın bütün ailə üzvləri zəlzələdə həyatını itirib. Minlərlə şəxs müraciət edərək, uşağı övladlığa götürmək istəyib.

Onlar uşağa xoş həyat bəxş edəcəklərini vəd ediblər. Lakin Suriyanın aidiyyatı qurumları uşağın xalasının istəyini nəzərə alaraq, qızı ona həvalə ediblər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR